ArazNews
Ana Səhifə / İran / İranın böyüklənməsi davam edir: Ordu sözçüsü: Düşmənlə qarşıdurmaya dair yeni ssenarilər hazırlamışıq
İran

İranın böyüklənməsi davam edir: Ordu sözçüsü: Düşmənlə qarşıdurmaya dair yeni ssenarilər hazırlamışıq

İranın böyüklənməsi davam edir: Ordu sözçüsü: Düşmənlə qarşıdurmaya dair yeni ssenarilər hazırlamışıq

İslam Respublikası ordusunun sözçüsü general-mayor Əkrəminia bildirib ki, ABŞ ölkənin infrastrukturuna və sahil bölgələrinə hücumlarını davam etdirdiyi müddətcə silahlı qüvvələrin cavab zərbələri dayandırılmayacaq.

O iddia edib ki, ordu atəşkəs müddətindən öz döyüş qabiliyyətini artırmaq üçün istifadə etmiş, düşmənin hər hansı ehtimal olunan ssenarisi qarşısında hazırlığını gücləndirib və yeni ssenarilər işləyib hazırlayıb.

Əkrəminia əlavə edib ki, şəhid edilənlərin qanının intiqamını almaq və Əli Xaməneyinin istəklərini yerinə yetirmək İran xalqının tələbidir və silahlı qüvvələr proqramlarını bu istiqamətdə tənzimləyib.