ArazNews
Ana Səhifə / İran / İranın iddiası: Raket istehsalımız heç vaxt dayandırılmayıb
İran

İranın iddiası: Raket istehsalımız heç vaxt dayandırılmayıb

İranın iddiası: Raket istehsalımız heç vaxt dayandırılmayıb

İran rəsmiləri bildiriblər ki, ölkədə raket istehsalı heç vaxt dayanmayıb və ABŞ bu təsisatların yerini aşkar etməyə qadir deyil.

ABC News-ə istinadən qeyd edilir ki, bu açıqlamalar ABŞ-ın son həftələr ərzində dəfələrlə İranın raket atma mövqelərini və saxlama anbarlarını hədəf aldığını iddia etdiyi bir dövrdə səsləndirilir.

Tehran bu iddia ilə geniş miqyaslı hücumlara baxmayaraq raket potensialının qorunub saxlandığını nümayiş etdirməyə çalışır; lakin bu iddia müstəqil şəkildə təsdiqlənə bilmir.