ArazNews
Ana Səhifə / İran / Tramp: Gəmilərə hər hücumda İranın bir körpüsünü və ya elektrik stansiyasını məhv edəcəyik
İran

Tramp: Gəmilərə hər hücumda İranın bir körpüsünü və ya elektrik stansiyasını məhv edəcəyik

Tramp: Gəmilərə hər hücumda İranın bir körpüsünü və ya elektrik stansiyasını məhv edəcəyik

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında xəbərdarlıq edib ki, bundan sonra İslam Respublikası Hürmüz boğazında hər hansı bir gəmiyə hücum etdikcə, ABŞ İranda bir körpünü və ya elektrik stansiyasını bombalayacaq və məhv edəcək.

Tramp yazıb ki, bu siyasət raket, mərmi, pilotsuz uçuş aparatı və ya digər silahlarla edilən istənilən hücumu əhatə edəcək; ABŞ-ın nəzərdə tutduğu hədəflər Tehranın ətrafında və ya paytaxtin daxilində yerləşə bilər. Həmin paylaşım Trampın "Truth Social"dakı rəsmi hesabında dərc olunub.

Bu təhdid Trampın İran infrastrukturunu hədəf almaqla bağlı əvvəlki mövqelərinin davamıdır. O, daha öncə də Hürmüz boğazında gəmiçiliyə müdaxilənin davam etməsi halında İranın elektrik stansiyaları və körpülərinin hücuma məruz qalacağını xəbərdarlıq etmişdi.