Donald Trampın birinci prezidentlik dövrünün vitse-prezidenti Mayk Pens CNN şəbəkəsinə verdiyi müsahibədə ABŞ-ın İslam Respublikasına qarşı hərbi kampaniyaya yenidən başlamasını ümid etdiyini bildirib. O, İsrailin də tələb olunduğu halda bu əməliyyata qoşulmağa hazır olduğunu açıqlayıb.
Pens vurğulayıb ki, İslam Respublikasının ballistik raket proqramını və pilotsuz uçuş aparatlarını idarə edən İslam Inqilabı Keşikçiləri Korpusu hələ məğlubiyyət hiss etmir. O, İslam Respublikasını «çoxbaşlı ilana» bənzədib və ABŞ-ın hərbi gücünün azad edilməsini tələb edib.
Pensin sözlərinə görə, İslam Respublikası sentrifuqaları ehtimal ki, Kuh Kəlnq Gəzla dağı təsisatına köçürüb. O əlavə edib ki, Tehran nə sülh yollu həllə, nə də Hörmüz boğazının yenidən açılmasına maraq göstərir.