ArazNews
Ana Səhifə / İran / Amerikalı əsgərlərin həlak olmasının ardından; Tramp SENTKOMa "cəhənnəm darvazalarını açmaq" əmrini verib
İran

Amerikalı əsgərlərin həlak olmasının ardından; Tramp SENTKOMa "cəhənnəm darvazalarını açmaq" əmrini verib

Amerikalı əsgərlərin həlak olmasının ardından; Tramp SENTKOMa

ABŞ prezidenti Donald Tramp şəxsi səhifəsində bir məqaləni yenidən paylaşıb. Həmin məqaləyə görə, o, ABŞ Mərkəzi Hərbi Komandanlığına (SENTKOM) "cəhənnəm darvazalarını açmaq" əmrini verib.

Bu əmr bir sıra amerikalı əsgərin həlak olmasının ardından verilib. Eyni zamanda, ABŞ İslam Respublikası İranın mövqelərinə qarşı yeni hücum dalğasını başladıb.

Trampın bu məqaləni yenidən paylaşması o vaxt baş verib ki, Vaşinqton ilə Tehran arasındakı gərginlik son günlərdə ən yüksək səviyyəsinə çatıb və iki tərəf arasındakı hərbi qarşıdurmanın miqyası genişlənməkdədir.