ArazNews
Ana Səhifə / Bölgə / Suriyə türkmənlərinin lideri: Dil və mədəni hüquqlar siyasi imtiyaz deyil
Bölgə

Suriyə türkmənlərinin lideri: Dil və mədəni hüquqlar siyasi imtiyaz deyil

Suriyə türkmənlərinin lideri: Dil və mədəni hüquqlar siyasi imtiyaz deyil

Suriyə Türkmənləri Məclisinin sədri və ölkənin keçmiş müvəqqəti hökumətinin baş naziri Əbdürrəhman Mustafa, Suriyə Xalq Məclisinə üzv təyin edildikdən sonra bildirib ki, yeni dövrün məqsədi bərabər vətəndaşlıq prinsipinə və bütün milli və mədəni qrupların hüquqlarının tanınmasına əsaslanan bir dövlət qurmaqdan ibarətdir.

Anadolu agentliyinə istinadən; Mustafa vurğulayıb ki, türkmənlər Suriyanın qonağı deyil və bu torpaqda təxminən min il ərzində yaşayıblar. O deyib ki, türkmən kimliyinin qorunması Suriyanın milli birliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil etmir; müxtəlif qrupların dil, mədəniyyət və kimliyinin tanınması isə "siyasi imtiyaz" deyil, vətəndaşlıq hüququdur.

O, türkmənlərin, kürdlərin, çərkəzlərin, ermənilərın və digər ictimai qrupların dil və mədəni hüquqlarının qanuni təminatını tələb edib və əlavə edib ki, yerli idarəetmənin gücləndirilməsi və inzibati mərkəzləşmənin azaldılması dövlət ilə vətəndaşlar arasındakı əlaqəni daha möhkəm edə bilər, ölkənin parçalanmasına yol açmadan.

Yeni Suriyə parlamentində 9 türkmən deputat yer alacaq; bu təmsilçilik səviyyəsi ölkənin siyasi tarixində görünməmiş hal kimi dəyərləndirilir. Mustafa bildirib ki, onların məqsədi elə bir Suriyə qurmaqdan ibarətdir ki, bütün vətəndaşlar özlərini onun həqiqi ortağı hesab etsinlər və heç kim özünü kənarlaşdırılmış hiss etməsin.

O, həddindən artıq mərkəzləşməni tənqid edərək bildirib ki, yerli idarəetmə orqanlarının səlahiyyətlərinin artırılması Suriyanı parçalamaz, əksinə ərazi bütövlüyünün qorunmasına və avtoritarizmin geri dönməsinin qarşısının alınmasına kömək edər.

O həmçinin qeyd edib ki, türkmən deputatların sayı təkbaşına kifayət deyil, onların fəaliyyəti daha böyük əhəmiyyət daşıyır. Yeni Suriyə parlamentindəki 9 türkmən deputatın təmsilçilik səviyyəsi baxımından bu göstərici ölkənin siyasi tarixində nadir bir hadisədir.