ArazNews
Ana Səhifə / Bölgə / İslam İnqilabı Keşikçiləri Korpusu: Ərdəndəki Amerika qırıcılarını və yanacaqdoldurma təyyarələrini hədəf aldıq
Bölgə

İslam İnqilabı Keşikçiləri Korpusu: Ərdəndəki Amerika qırıcılarını və yanacaqdoldurma təyyarələrini hədəf aldıq

İslam İnqilabı Keşikçiləri Korpusu: Ərdəndəki Amerika qırıcılarını və yanacaqdoldurma təyyarələrini hədəf aldıq

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 22 nömrəli bəyannaməsində bildirib ki, «Nəsr-2 əməliyyatı»nın 14-cü dalğası çərçivəsində Ərdəndə yerləşən Amerika bazaları ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəf alınıb.

Bəyannaməyə görə, hücum iki mərhələdə həyata keçirilib. İİKK-nın iddiasına əsasən, bir neçə Amerika yanacaqdoldurma və döyüş təyyarəsi məhv edilib, daha çox sayda isə ciddi zərər görmüşdür. Korpus bu əməliyyatı ABŞ-ın Ərdən ərazisindən Bəndərabbasa qarşı gecə həyata keçirdiyi hücuma cavab kimi təqdim edib; həmin hücumun bir neçə körpünü, yaşayış məntəqələrini və su pompası mərkəzini hədəf aldığı bildirilir.