ArazNews
Ana Səhifə / Bölgə / Səudiyyə Ərəbistanı İranın ərəb ölkələrinə qarşı "əsassız" hücumlarını pislədi
Bölgə

Səudiyyə Ərəbistanı İranın ərəb ölkələrinə qarşı "əsassız" hücumlarını pislədi

Səudiyyə Ərəbistanı İranın ərəb ölkələrinə qarşı

Bəyanatda bildirilir ki, Riyad ərəb qonşularının İslam Respublikasının "düşmənçilik" xarakterli addımlarına qarşı gördükləri cavab tədbirlərini dəstəkləyir və onların yanında durur.

Keçən ilin əvəlindən — ABŞ və İsrailin birgə İrana hücum etdiyi vaxtdan — İslam Revoluciya Keşikçiləri Korpusu cavab olaraq Körfəz ərəb ölkələrinin ərazisini ballistik raketlər və hücum pilotsuz uçuş aparatları ilə hədəf alıb. Bununla belə, İslam Respublikasının Xarici İşlər Nazirliyi israr edir ki, Tehranın hücumları ərəb xalqlarının və torpaqlarının üzərinə deyil, yalnız həmin ölkələrdə yerləşən Amerika bazalarına yönəlib. Lakin bu iddia real vəziyyətlə üst-üstə düşmür: həmin hücumlar zamanı ərəb ölkələrinin mülki infrastrukturu və obyektləri dəfələrlə zərər görüb.