Fransa prezidenti Emmanuel Makron bu xəbəri sosial şəbəkələrdə açıqlayıb və bildirib ki, həmin qüvvələr tərəfdaş ölkələrlə birlikdə Hormuz boğazında təhlükəsiz gəmiçiliyi və tranzit hərəkətinin tam bərpasını dəstəkləməyə hazırdır.
Makron iyunun 17-də ABŞ ilə İran arasında imzalanan anlaşmanı regional sabitliyin möhkəmləndirilməsində mühüm addım adlandırıb. O əlavə edib ki, regiondakı vəziyyətin dəyişməsi ilə əlaqədar Fransanın «Şarl de Qol» aviasiya gəmisi Tulon limanındakı bazasına qayıdacaq, Yaxın Şərqdə qalan digər hərbi texnika isə zəruri hallarda əməliyyatlara qoşulmaq üçün orada qalacaq.
Fransa prezidenti vurğulayıb ki, ölkəsi hərbi iştirakını regionun təhlükəsizlik vəziyyətinə uyğun olaraq tənzimləyəcək.