ArazNews
Ana Səhifə / Dünya / Hörmüz boğazında neft tankerinə naməlum mərmi dəydi; gəmi sıradan çıxdı
Dünya

Hörmüz boğazında neft tankerinə naməlum mərmi dəydi; gəmi sıradan çıxdı

Hörmüz boğazında neft tankerinə naməlum mərmi dəydi; gəmi sıradan çıxdı

Bir neft tankeri bu gün səhər çağı Hörmüz boğazında naməlum bir mərminin dəyməsi nəticəsində zərər gördü və sıradan çıxdı; bu hadisə, dünyanın ən həssas enerji daşınma yollarından birində yeni bir təhlükəsizlik hadisəsidir.

Araz Newsun Reutersdən nəql etdiyinə görə, Britaniyanın Dəniz Ticarət Əməliyyatları Qurumu açıqlayıb ki, bu neft tankeri Ömanın Şisə bölgəsinin təxminən 9 dəniz mili şimal-şərqində hədəf alınıb və mühərrik otağı zərər görüb.

Hesabata görə, gəminin heyəti sağlamdır və hadisənin mühitə olası təsirləri hələ müəyyənləşdirilməyib.

İndiyədək hücumun məsulu tanıdılmayıb və neft tankeri haqqında daha çox təfərrüat yayımlanmayıb.