ArazNews
Ana Səhifə / Dünya / İsrail kabineti Türkiyəyə qarşı təxribatçı addım ataraq Ermənilərə qarşı soyqırımı iddiasını tanıyan layihəni təsdiqlədi
Dünya

İsrail kabineti Türkiyəyə qarşı təxribatçı addım ataraq Ermənilərə qarşı soyqırımı iddiasını tanıyan layihəni təsdiqlədi

İsrail kabineti Türkiyəyə qarşı təxribatçı addım ataraq Ermənilərə qarşı soyqırımı iddiasını tanıyan layihəni təsdiqlədi

İsrail kabineti Türkiyə ilə siyasi gərginliyin zirvəsində ikən Osmanlı imperatorluğunun son dövründə ermənilərin soyqırımına məruz qaldığı iddiasının rəsmi tanınmasına dair layihəni yekdilliklə dəstəklədi; həmin qərar isə indi yekun təsdiq üçün Knessətə göndəriləcək.

Haaretz-ə istinadən; İsrailin xarici işlər naziri Qideon Saar layihənin qəbulundan sonra bildirib: «Doğru işi görmək üçün heç vaxt gec deyil.»

Layihənin mətnində qeyd olunur ki, İsrail bu iddianı tanımaqla yanaşı, onun inkar edilməsinə, kiçildilməsinə və ya təhrif edilməsinə yönəlik hər cür cəhdi də pisləyəcək.

Bu qərar o şəraitdə gündəmə gəlir ki, Türkiyə soyqırımı ittihamını hər zaman rədd edib və 1915-ci il hadisələrinin həmin dövrün müharibə və tarixi şərtləri çərçivəsində araşdırılmalı olduğunu vurğulayıb. Ankara dəfələrlə bəyan edib ki, bu tarixi məsələnin siyasi məqsədlərlə istifadəsi həqiqətin müəyyənləşdirilməsinə və regional barışığa heç bir töhfə vermir.

Gözlənilir ki, İsrailin bu yeni addımı Türkiyə və Azərbaycan Respublikasının mənfi reaksiyasına səbəb olsun; xüsusilə nəzərə alınsın ki, Tel-Əviv keçən illərdə bu məsələdə ziddiyyətli mövqe sərgiləyib və indi Ankara ilə gərginliyin artdığı bir vaxtda həmin məsələni yenidən siyasi gündəminə qaytarıb.