ArazNews
Ana Səhifə / Dünya / Almaniyada İslam Respublikası üçün casusluqda ittiham olunan şəxsin məhkəməsi başladı
Dünya

Almaniyada İslam Respublikası üçün casusluqda ittiham olunan şəxsin məhkəməsi başladı

Almaniyada İslam Respublikası üçün casusluqda ittiham olunan şəxsin məhkəməsi başladı

Alman mediasının məlumatına görə, Hamburq Ali Məhkəməsi «Əli. S» adlı 54 yaşlı bir kişinin məhkəməsini başladıb; Almaniyanın federal prokuraturası həmin şəxsi İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri ilə əməkdaşlıqda ittiham edir.

İttihamnaməyə əsasən, müttəhim Berlindəki iqaməti dövründə yəhudi icması və İsraillə əlaqəli müəssisələri, o cümlədən yəhudi ərzaq mağazalarını ziyarət edərək Almaniyadakı Mərkəzi Yəhudi Şurasının sədri, Almanya-İsrail Cəmiyyətinin sədri və iki yəhudi iş adamı haqqında məlumat toplayıb.

Almaniya prokuraturası iddia edir ki, bu məlumatlar terror hücumları və yanğın törətmək üçün ehtimal olunan hədəflərin müəyyənləşdirilməsi məqsədilə toplanıb.

2017-ci ildə də bir şəxs İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üçün casusluq etmək və bir Alman siyasətçisi haqqında məlumat toplamaqda ittiham olunaraq dörd ildən artıq müddətə həbs cəzasına məhkum edilmişdi.