Türkiyə milli komandası 2026 Dünya Çempionatının qrup mərhələsində ikinci məğlubiyyətini alaraq turnirlə erkən vidalaşıb.
Türkiyə millisi D qrupunda keçirdiyi ikinci oyunda Paraqvaya 1:0 hesabı ilə uduzub və növbəti mərhələyə yüksəlmək şansını itirib.
Görüşün yeganə qolunu matçın 2-ci dəqiqəsində Matias Qalarza vurub. Paraqvay ilk hissənin sonunda Migel Almironun qırmızı vərəqə alması ilə 10 nəfərlə qalsa da, Türkiyə say üstünlüyündən istifadə edərək hesabı bərabərləşdirə bilməyib.
İlk oyunda da Avstraliyaya məğlub olan Türkiyə millisi qrup mərhələsini xalsız başa vuraraq Dünya Çempionatı ilə vidalaşıb.
Bu məğlubiyyət dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Türkiyə azarkeşi üçün böyük məyusluq olub. Güney Azərbaycanda da Türkiyə milli komandasını dil, mədəniyyət və tarixi bağlarının simvolu kimi görən çoxsaylı türklər komandanın Dünya Çempionatı ilə erkən vidalaşmasını təəssüflə izləyiblər.