ArazNews
Ana Səhifə / İnsan Haqları / Şərqi Azərbaycan məhkəməsi türk fəalı bir il elektron bilərziklə ev həbsinə məhkum etdi
İnsan Haqları

Şərqi Azərbaycan məhkəməsi türk fəalı bir il elektron bilərziklə ev həbsinə məhkum etdi

Şərqi Azərbaycan məhkəməsi türk fəalı bir il elektron bilərziklə ev həbsinə məhkum etdi

Şərqi Azərbaycan vilayətinin cinayət məhkəməsi «Əli Amanzadə»ni «əhalini bir-birinə qarşı müharibəyə və qırğına təhrik etmək» ittihamı ilə bir il təzir həbsinə məhkum edib.

Çıxarılan hökm əsasında məhkəmə Şərqi Azərbaycan Kəşfiyyat İdarəsinin hesabatına, müttəhimin ifadələrinə və iş üzrə digər sənədlərə istinad edərək ittihamnamədə irəli sürülmüş «rejimə qarşı təbliğat fəaliyyəti» ittihamını «əhalini müharibəyə və qırğına təhrik etmək»ə dəyişib və onu İslam Cəza Məcəlləsinin 512-ci maddəsi ilə bir il təzir həbsinə məhkum edib.

Məhkəmə qərarında qeyd olunur ki, həmin ittiham əlaqəli abunəçilərə kütləvi SMS göndərilməsi ilə bağlıdır; müttəhimin mesajların səhvən göndərilməsi barədə müdafiə arqumentləri isə məhkəmə tərəfindən qəbul edilməyib.

İşin başqa bir hissəsində məhkəmə «ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşma və sövdələşmə» ittihamını isbat dəlillərinin yetərsizliyi səbəbindən əsassız hesab edib və günahsızlıq prezumpsiyasına istinad edərək müttəhim barəsində bəraət hökmü çıxarıb.