ArazNews
Ana Səhifə / İran / SEPAH-dan qonşu ölkələrə xəbərdarlıq: İsrail döyüş təyyarələrinin İrana doğru uçuşu "təhlükəli bir addım"dır
İran

SEPAH-dan qonşu ölkələrə xəbərdarlıq: İsrail döyüş təyyarələrinin İrana doğru uçuşu "təhlükəli bir addım"dır

SEPAH-dan qonşu ölkələrə xəbərdarlıq: İsrail döyüş təyyarələrinin İrana doğru uçuşu

Fars xəbər agentliyinin məlumatına görə, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı yayımladığı bəyanatda bildirib ki, İsrailin hərbi təyyarələrinin bəzi qonşu ölkələrin hava məkanında İrana doğru hərəkəti və uçuşu "təhlükəli bir addım" olmaqla birlikdə İslam Respublikasına qarşı yönəlmiş bir təhdiddir.

Bəyanatda qeyd edilib ki, əgər ABŞ İsraili cilovlamaq və nəzarətdə saxlamaq iqtidarında deyilsə, İslam Respublikası "özünə qarşı heç bir təhdidə dözməyəcək" və bu addımlara cavab verməyi öz hüququ hesab edir.