ArazNews
Ana Səhifə / İran / İsrail mediası iddia edir: Qətər tankerləri Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəyib
İran

İsrail mediası iddia edir: Qətər tankerləri Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəyib

İsrail mediası iddia edir: Qətər tankerləri Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəyib


İsrail Hayom qəzeti üç diplomatik mənbəyə istinadən yazıb ki, son bir həftə ərzində onlarla Qətər neft və mayeləşdirilmiş təbii qaz tankeri ABŞ və İran rejimi ilə koordinasiya şəraitində Hörmüz boğazından keçib. Məlumata görə, bəzi Qətər tankerləri boğazdan keçmək üçün İran rejiminə rüsum ödəyib.

ArazNews-un məlumatına görə, bu iddia ABŞ-ın daha əvvəl İrana dəniz rüsumlarının ödənilməsinin sanksiya riskini artırdığı barədə xəbərdarlıq etməsinə baxmayaraq irəli sürülüb. Qəzet iddia edir ki, Vaşinqton İrana ödəniş etmiş Qətər tankerlərinin keçidinə mane olmayıb.


Qətərin baş nazir müavini isə bildirib ki, Doha İranın gəmilərdən davamlı şəkildə rüsum almasının tərəfdarı deyil. Bununla yanaşı o qeyd edib ki, enerji bazarlarında sabitliyin qorunması üçün müvəqqəti həll variantları müzakirə oluna bilər.


Qətər dünya üzrə mayeləşdirilmiş təbii qaz istehlakının təxminən beşdəbirini təmin edir. Bu səbəbdən ölkənin ixracında yaranacaq hər hansı problem qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.