İran rejimi ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hava hücumlarında öldürülən ölkənin keçmiş rəhbəri Ayətullah Əli Xameneinin genişmiqyaslı dəfn mərasiminə hazırlıq gördüyünü
açıqlayıb. Müharibə səbəbindən təxirə salınan mərasimin planlaşdırılması artıq başlanıb.
ArazNews-un hökumətyönlü mediaya istinadən verdiyi məlumata görə, Tehran İslam Təbliğatının Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudinin sözlərinə görə, mərasimin dəqiq tarixi hələ müəyyən edilməyib, lakin onun təşkili üçün xüsusi qərargah yaradılıb.
Məlumata əsasən, İran rejiminin bütün qurumları mərasimin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparır. Rəsmi tarix elan olunduqdan sonra tədbirə çoxsaylı iştirakçının qatılacağı gözlənilir.
30 ildən artıq İranın ali rəhbəri olmuş Əli Xamenei ABŞ və İsrailin ilk hava hücumları zamanı öldürülüb. Həmin hücumlarda yaralanan və sonradan atasının yerinə keçən Müctəba Xamenei isə o vaxtdan bəri ictimaiyyət qarşısında görünməyib. Xamenei üçün anım mərasimləri keçirilsə də, müharibənin davam etməsi səbəbindən rəsmi dəfn mərasimi baş tutmamışdı.