cümə axşamı, 21 may 2026
ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / Bölgə / BƏƏ rəsmisindən Tehrana mesaj: Hörmüzə nəzarət “xam xəyaldır”
Bölgə

BƏƏ rəsmisindən Tehrana mesaj: Hörmüzə nəzarət “xam xəyaldır”

 BƏƏ rəsmisindən Tehrana mesaj: Hörmüzə nəzarət “xam xəyaldır”


BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş İran rejiminin Hörmüz boğazında nüfuzunu gücləndirmək cəhdlərinə reaksiya verərək bildirib ki, bu strateji su yoluna nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyinə müdaxilə etmək cəhdi “xam xəyaldan” başqa bir şey deyil.


ArazNews-un verdiyi məlumata görə, Qarqaş X sosial şəbəkəsində paylaşımında bildirib ki, Körfəz ölkələri illərdir İranın “zorakı siyasəti” ilə qarşılaşıb və bu davranış regionun siyasi atmosferinin bir hissəsinə çevrilib.


O iddia edib ki, İran rejimi “açıq hərbi məğlubiyyətdən” sonra bölgədə yeni reallıq yaratmağa çalışır, amma Hörmüz boğazına nəzarət və ya BƏƏ-nin dəniz hakimiyyətini pozmaq cəhdi uğurlu olmayacaq.