İran parlamentində yeni plan: Hörmüz boğazının idarəsi hərbçilərə verilir

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran parlamentində yeni plan: Hörmüz boğazının idarəsi hərbçilərə verilir


İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri bildirib ki, yeni qanun layihəsinə əsasən Hörmüz boğazının idarəsi rəsmi olaraq silahlı qüvvələrə veriləcək.


ArazNews-un məlumatına görə, İbrahim Əzizi qeyd edib ki, hərbçilər hazırda da boğaza nəzarət edir, lakin yeni qanun “düşmən gəmilərinin” keçidini hüquqi şəkildə qadağan etməyi hədəfləyir.


O, əlavə edib ki, layihəyə əsasən boğazdan əldə olunan gəlirlər və rüsumlar yerli valyuta – İran rialı ilə ödənilməlidir.


Müşahidəçilər hesab edir ki, bu addım SEPAH-ın qərarvermə prosesində rolunu gücləndirmək və strateji sahələr üzərində nəzarəti artırmaq məqsədi daşıyır.