Rubio: Məsumə İbtikarın oğlunun ABŞ-da yaşama icazəsi ləğv edildi, deportasiya olunur

2 saat əvvəl 1 dəq oxu Editorial Board
 Rubio: Məsumə İbtikarın oğlunun ABŞ-da yaşama icazəsi ləğv edildi, deportasiya olunur


ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki,İbtikarın oğlu İsa Haşimi, onun həyat yoldaşı Məryəm Təhmasibi və övladının ABŞ-da daimi yaşama icazəsi ləğv edilib və onlar hazırda deportasiya üçün saxlanılır.


ArazNews-un məlumatına görə, Rubio açıqlamasında iddia edib ki, İbtikar 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsində iştirak edən tələbələrin sözçüsü olub və həmin hadisədə 52 amerikalı 444 gün girov saxlanılıb.


O həmçinin bildirib ki, 2014-cü ildə Obama administrasiyası bu ailəyə ABŞ-a giriş vizası verib və 2016-cı ildə müxtəliflik vizası proqramı çərçivəsində onlara daimi yaşama icazəsi təqdim olunub.


Rubionun sözlərinə görə, bu həftə onların daimi yaşayış statusu ləğv edilib və hazırda onlar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi orqanlarının nəzarətində saxlanılır.


O əlavə edib ki, ABŞ Tramp administrasiyası dövründə “anti-Amerika terrorçuları və onların ailələri üçün sığınacaq olmayacaq”.