İslamabad danışıqları çərçivəsində Vens Pakistan baş naziri ilə görüşdü

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İslamabad danışıqları çərçivəsində Vens Pakistan baş naziri ilə görüşdü


İslamabadda keçirilən danışıqlar çərçivəsində ABŞ-ın vitse-prezidenti Cey Di Vens Pakistanın baş naziri Şahbaz Şərif ilə görüş keçirib.


ArazNews xəbər verir, Al Jazeera-ya istinadən, Vens bu görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner ilə birlikdə iştirak edib. Pakistan tərəfdən isə xarici işlər naziri İshaq Dar və daxili işlər naziri Möhsin Naqvi də toplantıda yer alıb.


Pakistanın baş naziri daha əvvəl bu danışıqların “regionda davamlı sülhə doğru bir addım” olacağına ümid etdiyini bildirib və İslamabadın tərəflər arasında vasitəçilik öhdəliyini vurğulayıb.


Eyni zamanda, İran rejiminin nümayəndə heyəti də Məhəmmədbagir Qalibafın rəhbərliyi ilə və Abbas Əraqçinin iştirakı ilə daha əvvəl Şahbaz Şərif ilə görüş keçirib. Lakin bu görüşlərin detalları hələ açıqlanmayıb.