Aref: Danışıqlar “Amerika öncə” yanaşması ilə aparılsa razılaşma mümkündür, “İsrail öncə” olsa yox
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İranın birinci vitse-prezidenti ABŞ ilə razılaşmanın əldə olunmasını Vaşinqtonun danışıqlar heyətinin yanaşmasından asılı olduğunu bildirib.
ArazNews xəbər verir, Məhəmmədrza Aref X platformasında paylaşım edərək qeyd edib ki, əgər İslamabadda aparılacaq danışıqlar “Amerika öncə” yanaşması ilə həyata keçirilsə, hər iki tərəf və dünya üçün faydalı razılaşma mümkündür.
O eyni zamanda vurğulayıb ki, qarşı tərəf “İsrail öncə” yanaşması ilə çıxış edərsə, heç bir razılaşma əldə olunmayacaq və İran müdafiə tədbirlərini davam etdirəcək.
Aref xəbərdarlıq edib ki, bu şəraitdə gərginliyin davam etməsi region və dünya üçün daha böyük xərclərə səbəb ola bilər.