Donald Tramp İran üçün müəyyən edilmiş möhləti daha 24 saat uzadıb.
Araz News-un məlumatına görə, Tramp Truth Social platformasında paylaşım edərək bildirib ki, “çərşənbə axşamı, ABŞ-ın şərq vaxtı ilə saat 20:00” yeni son tarix kimi müəyyən edilib.
Bu vaxt Tehran vaxtı ilə çərşənbə günü saat 03:30-a uyğun gəlir.
Tramp bundan əvvəl də Hörmüz boğazının açılması ilə bağlı verdiyi ultimatumları bir neçə dəfə uzatmış və eyni zamanda İranı həyati əhəmiyyətli infrastruktur obyektlərinə hücumla hədələmişdi.