ABŞ və İsrail hücumları: Ərdəbildə 5 Sepah üzvü öldü, 1 nəfər yaralandı
4 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
Sepah-ın Ərdəbil vilayəti üzrə ictimaiyyətlə əlaqələr şöbəsi ABŞ və İsrailin Muğan düzünə endirdiyi hücumlar nəticəsində 5 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını açıqlayıb.
ArazNews xəbər verir ki, Tasnim agentliyinə istinadən yayılan məlumata görə, Germi və Parsabad bölgələrindəki Sepah komandirlərinin təsdiqlədiyi hesabatlara əsasən, hücumlar zamanı 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Məlumatda ölənlərin Abbas Əşrəfi, Əli Məliki, Seyid Mehdi Fatehi, Hadi Babayi və Ümid Şahinfar olduğu bildirilib. Onların Sepah-a bağlı şəxslər və bir çağırışçı əsgər olduğu qeyd edilib.