İranın PUA hücumu Küveytdə elektrik və su infrastrukturuna ciddi zərər vurdu

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 İranın PUA hücumu Küveytdə elektrik və su infrastrukturuna ciddi zərər vurdu


Küveyt rəsmiləri İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində bir sıra həyati obyektlərin hədəf alındığını açıqlayıb.


ArazNews xəbər verir ki, Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi X platformasında yayımladığı bəyanatda bildirib ki, iki elektrik stansiyası və duzsuzlaşdırma zavodu PUA hücumu nəticəsində ciddi maddi ziyan görüb və fəaliyyətini dayandırıb, lakin insan tələfatı qeydə alınmayıb.


Eyni zamanda, Maliyyə Nazirliyi bir İran PUA-sının “Nazirliklər kompleksi” binasını hədəf aldığını və bu obyektə ağır ziyan dəydiyini açıqlayıb.


Küveytin İnformasiya Nazirliyinin məlumatına görə, digər bir PUA da ölkənin neft sektoruna aid obyektlərdən birini hədəf alıb, lakin bu hadisədə də itki barədə məlumat verilməyib.