İran şəhərlərində “Fatemiyun” və “Həşd əş-Şəbi” qüvvələri göründü; təhlükəsizlik düzəni dəyişir

10 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran şəhərlərində “Fatemiyun” və “Həşd əş-Şəbi” qüvvələri göründü; təhlükəsizlik düzəni dəyişir


ArazNews xəbər verir ki, İran daxilində yayılan görüntülər və sosial şəbəkə paylaşımları müxtəlif şəhərlərdə rejimə bağlı silahlı qrupların geniş şəkildə göründüyünü göstərir.

Tasnim agentliyində yayılan şəkillərə görə, SEPAH-ın “Qüds qüvvələri”nə bağlı “Fatemiyun” dəstələri öz bayraqları ilə Tehranın küçələrində avtomobil və motosikletlərlə hərəkət edir.


Eyni zamanda, son günlərdə İraqın “Həşd əş-Şəbi” qüvvələrinin də İranda göründüyünə dair videolar yayılıb. Bu qüvvələrin daha əvvəl 9 və 14 fərvərdin tarixlərində ölkəyə daxil olduğu bildirilmişdi və onların Əbadan və Xürrəmşəhr kimi sərhəd şəhərlərinə hərbi karvanlarla, o cümlədən Toyota Hilux və zirehli texnika ilə gəldiyi qeyd olunur.


Rəsmi media bu hərəkəti “yardım karvanları” kimi təqdim etməyə çalışsa da, yayılan görüntülər bu qüvvələrin hərbi xarakter daşıdığını göstərir.


Müşahidəçilər hesab edir ki, İran daxilində artan təzyiqlər və hərbi zəiflik fonunda rejim regiondakı proksi qüvvələrdən istifadə etməyə yönəlir və bu addım mümkün daxili etirazların qarşısını almağa hesablanıb.