Pezeşkiyan Əliyevə humanitar yardımlara görə təşəkkür etdi

9 saat əvvəl 1 dəq oxu Editorial Board
 Pezeşkiyan Əliyevə humanitar yardımlara görə təşəkkür etdi


İran prezidenti Məsud Pezeşkiyan 2 aprel tarixində Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.


ArazNews-un Azərbaycan mediasına istinadən verdiyi məlumata görə, bu danışıq zamanı Pezeşkiyan Azərbaycanın İrana göstərdiyi humanitar yardımlara görə təşəkkür edib. Əliyev isə bu yardımların davam edəcəyini və yaxın zamanda yeni humanitar yardım göndəriləcəyini bildirib.


Azərbaycan prezidenti həmçinin İrandakı vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib, həlak olanlara rəhmət diləyib və tərəflər regionda sülhün ən qısa zamanda bərqərar olmasının vacibliyini vurğulayıblar.