Respublikaçı senator: Trampın İrana hücumu onun prezidentliyi dövrünün ən vacib qərarıdır

3 saat əvvəl 1 dəq oxu
 Respublikaçı senator: Trampın İrana hücumu onun prezidentliyi dövrünün ən vacib qərarıdır


ABŞ-dan Respublikaçı senator Vaşinqtonun İranla müharibədə “aydın şəkildə üstünlük qazandığını” bildirib.

ArazNews-un Fox News-a istinadən verdiyi məlumata görə, Texas ştatından Respublikaçı senator Ted Kruz Donald Trampın İrana hərbi hücum qərarını onun prezidentliyi dövrünün “ən vacib qərarı” adlandırıb.


O, bu addımı müdafiə edərək bildirib ki, ABŞ bu müharibədə “şübhəsiz qalib gəlir” və ABŞ ilə İsrailin hərbi əməliyyatlarını “uğurlu” qiymətləndirib. Kruz həmçinin deyib ki, hücumdan əvvəl Tramp ilə görüşərək danışıqların davam etdirilməsi və ya hücum variantlarını müzakirə edib və prezidentə İranla danışıqların nəticə verməyəcəyini tövsiyə edib.


Senator iddia edib ki, İran rejiminin hava hücumundan müdafiə sistemləri, raketlər və PUA-lar daxil olmaqla hərbi imkanlarının böyük hissəsi hədəf alınıb. Bununla yanaşı, ABŞ-da aparılan son sorğular göstərir ki, ictimaiyyətin əhəmiyyətli hissəsi bu hücumlara müsbət yanaşmır və nəticələrlə bağlı qiymətləndirmələr fərqlidir.