İsrail ordusu: Tehranda geniş hücum dalğası; raket və hava müdafiə obyektləri vuruldu
3 saat əvvəl
•
1 dəq oxu
İsrail ordusu az əvvəl Tehranda İran rejiminin infrastrukturuna qarşı genişmiqyaslı hücum dalğasının başa çatdığını açıqlayıb.
ArazNews xəbər verir ki, İsrail ordusunun bildirməsinə görə, gecə saatlarında həyata keçirilən hücumlarda İranın müxtəlif bölgələrində ballistik raket istehsalı mərkəzləri və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.
Məlumata əsasən, Tehranda xüsusilə silah istehsalı obyektləri və ballistik raketlərlə əlaqəli mərkəzlər vurulub.
İsrail tərəfi həmçinin bildirib ki, ölkənin qərbində raket buraxılış qurğuları və raket anbarları da hava zərbələri ilə məhv edilib. Bu əməliyyatların hərbi kəşfiyyatın koordinasiyası ilə həyata keçirildiyi qeyd olunub.