Pentaqon İranla bağlı əməliyyatlar zamanı pilotsuz dəniz vasitələrinin istifadə olunduğunu açıqlayıb.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ İranla müharibə çərçivəsində pilotsuz qayıqlardan istifadə etdiyini rəsmi şəkildə təsdiqləyib.
Məlumata əsasən, bu, Vaşinqtonun aktiv bir münaqişədə bu tip vasitələrdən istifadəsini ilk dəfə açıq şəkildə elan etməsidir. ABŞ Mərkəzi Komandanlığının sözçüsü bildirib ki, Merilend ştatında yerləşən bir şirkət tərəfindən istehsal olunan bu vasitələr patrul missiyalarında istifadə olunub.
Pilotsuz qayıqlar həm müşahidə, həm də hücum əməliyyatlarında istifadə oluna bilir və son illərdə dəniz müharibələrinin əsas alətlərindən birinə çevrilib.
Eyni zamanda bildirilir ki, İran da son qarşıdurmalar zamanı Xəzərdə neft tankerlərini hədəf almaq üçün dəniz PUA-larından istifadə edib.