MAQATE rəhbəri xəbərdarlıq etdi: Buşehrdə nüvə qəzası riski

3 saat əvvəl 1 dəq oxu
MAQATE rəhbəri xəbərdarlıq etdi: Buşehrdə nüvə qəzası riski


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Buşehr atom elektrik stansiyasına mümkün hücumun ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.


ArazNews xəbər verir ki, Qrossi bildirib, bu obyektə zərər dəyəcəyi təqdirdə genişmiqyaslı radioaktiv çirklənmə baş verə və bu, təkcə İranı deyil, qonşu bölgələri də təsir altına ala bilər.


Bu açıqlama Buşehr yaxınlığında hücum baş verdiyi barədə yayılan məlumatlardan sonra səsləndirilib.


Digər tərəfdən, İran rəsmiləri stansiyaya heç bir texniki və ya maliyyə ziyan dəymədiyini və fəaliyyətin normal şəkildə davam etdiyini açıqlayıb.


Buşehr AES İranın əsas nüvə obyektlərindən biri hesab olunur və potensial risklərinə görə beynəlxalq qurumların diqqət mərkəzində qalmaqda davam edir.