Reuters: İranda nüvə bombası tələbləri artır

4 saat əvvəl 1 dəq oxu
Reuters: İranda nüvə bombası tələbləri artır


Reuters-in yeni hesabatına görə, İranda sərt xətt tərəfdarları arasında nüvə silahı istehsalına yönəlmiş çağırışlar nəzərəçarpacaq dərəcədə artıb və bu məsələ daha açıq şəkildə müzakirə olunur.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, məlumatlı mənbələr bildirir ki, son müharibənin əvvəlində Əli Xameneinin öldürülməsindən sonra hakimiyyət daxilində güc balansı dəyişib və Sepah daha önəmli rol qazanıb.


Bu şəraitdə bəzi sərt mövqeli fiqurlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağı və birbaşa nüvə bombası istehsalına keçməyi tələb edirlər.


Hesabatda qeyd olunur ki, hakimiyyətə yaxın media orqanları da son dövrlərdə NPT-dən çıxış mövzusunu daha tez-tez gündəmə gətirir.