Traxtor Azərbaycanın Asiyada iştirakı qeyri-müəyyənləşdi; İranın qərarı reaksiyalar doğurdu
İranın Gənclər və İdman Nazirliyinin xarici yarışlarda idmançıların təhlükəsizliyini təmin edə bilmədiyini açıqlamasından sonra Traxtor Azərbaycanın Asiya Çempionlar Liqasında iştirakı ilə bağlı qeyri-müəyyənlik artıb.
ArazNews-un İRNA-ya istinadən verdiyi məlumata görə, nazirlik xüsusi şərait və bəzi ölkələrdə təhlükəsizliyin təmin edilə bilməməsi səbəbindən klub və milli komandaların bu yarışlarda iştirakının növbəti məlumata qədər dayandırıldığını bildirib.
Bu qərar Traxtor Azərbaycan üçün kritik mərhələdə qəbul edilib və idman analitiklərinə görə, bu məhdudiyyət komandanın yarışlardan kənar qalmasına və ya məcburi geri çəkilməsinə səbəb ola bilər.
Rəsmi açıqlamada konkret klubun adı çəkilməsə də, oyunların proqramı və keçirilmə yerləri nəzərə alındıqda, bu qərarın ən çox Traxtor Azərbaycana təsir edəcəyi bildirilir.