Rejim daxilində Məsud Pezeşkianın istefası ehtimalı ilə bağlı söz-söhbətlər artır

1 saat əvvəl 1 dəq oxu
Rejim daxilində Məsud Pezeşkianın istefası ehtimalı ilə bağlı söz-söhbətlər artır


İran daxilində bəzi media və siyasi dairələrdə Məsud Pezeşkianın prezident vəzifəsindən istefa verə biləcəyi ilə bağlı iddialar səsləndirilir.


ArazNews-un məlumatına görə, bu iddialar Əli Laricaninin öldürülməsindən sonra rejim daxilində müharibənin davamı və idarə olunması məsələsində fikir ayrılıqlarının dərinləşməsi fonunda ortaya çıxıb.


Məlumatlarda bildirilir ki, hakimiyyət daxilində bəzi qruplar geri çəkilmə və təzyiqlər qarşısında müəyyən güzəştlərin qəbul olunmasını istəyir. Eyni zamanda iddia olunur ki, bu yanaşma qəbul edilməzsə, Məsud Pezeşkian vəzifəsindən istefa verə bilər.