Tramp: İran rejiminə qarşı hərbi əməliyyatlar sürətlə irəliləyir, müharibə tezliklə bitəcək
1 saat əvvəl
•
1 dəq oxu
ABŞ prezidenti Donald Tramp Ağ Evdəki çıxışında bildirib ki, İran rejiminə qarşı hərbi əməliyyatlar “sürətlə” davam edir və onun sona çatmasına çox vaxt qalmayıb.
ArazNews-un məlumatına görə, Tramp Ağ Evin “Şərq zalı”nda deyib: “Bir neçə dəli adamın əlində olan nüvə silahları məsələsini həll etmək üçün qısa bir missiya həyata keçirməli olduq; amma bundan başqa, bir-iki həftəyə iş tamam olacaq.”
O həmçinin vurğulayıb ki, əməliyyatların gedişi müəyyən olunmuş qrafikdən irəlidədir və əlavə edib: “Hər şey sürətlə gedir. Biz planlaşdırılandan xeyli irəlidəyik.”
Bu açıqlamalar ABŞ, İsrail və İran rejimi arasında müharibənin həssas mərhələyə daxil olduğu və onun bitmə vaxtının hələ də qeyri-müəyyən qaldığı bir dövrdə səsləndirilib.