Azərbaycan prezidentinin göstərişi ilə İrana yeni humanitar yardım göndərildi
ArazNews-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında İrana humanitar yardım karvanı göndərilib.
Bildirilir ki, bu addım 8 mart 2026 tarixində İlham Əliyev ilə Məsud Pezeşkian arasında keçirilən telefon danışığının nəticəsi olaraq atılıb və məqsəd İran əhalisinin mövcud ehtiyaclarına dəstək verməkdir.
Məlumata görə, yardımın ümumi həcmi 82 ton təşkil edir ki, bunun 76 tonu ərzaq məhsulları, 4 tonu dərman, 2 tonu isə tibbi avadanlıqlardır.
Yardım 5 yük maşını ilə İrana göndərilib və qədim türk bayramı Novruzun yaxınlaşması münasibətilə bu bayrama aid bəzi məhsullar da yüklənib.
Həmçinin, bu yardımların çatdırılması və təhvil verilməsi üçün Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət heyət də İrana ezam olunub.