Ağ Evin sözçüsü: İranla müharibə altı həftəyə qədər davam edə bilər

3 saat əvvəl 1 dəq oxu
Ağ Evin sözçüsü: İranla müharibə altı həftəyə qədər davam edə bilər


ABŞ hökumətinin sözçüsü Karolin Levitt cümə günü, 6 mart jurnalistlərə açıqlamasında İranla müharibənin dörd ilə altı həftə arasında davam edə biləcəyini bildirib. O deyib: «Biz müharibə məqsədlərinə çatmaq üçün ən doğru yoldayıq.»


ABŞ rəsmilərinin əvvəlki açıqlamalarına görə, bu müharibənin əsas məqsədləri İranın hərbi-dəniz qüvvələrinin məhv edilməsi və ölkənin raket və nüvə təhlükəsinin aradan qaldırılmasıdır. ABŞ prezidenti Donald Tramp bazar günü müharibənin təxminən dörd həftə davam edəcəyini gözlədiyini bildirmiş, daha sonra bu proqnozu dörd-beş həftə olaraq dəyişdirmişdi.


Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset də bildirmişdi ki, davam edən müharibə lazım olduğu qədər davam etdiriləcək. Keçən şənbə İsrail və ABŞ İran ərazisinə hücumlara başlamışdı.