Axios: ABŞ bildirir ki, müharibənin məqsədi İranda hakimiyyəti dəyişmək deyil

6 saat əvvəl 1 dəq oxu
Axios: ABŞ bildirir ki, müharibənin məqsədi İranda hakimiyyəti dəyişmək deyil


“Axios” xəbər saytı yazır ki, ABŞ dövlət katibi Marko Rubio bir neçə ərəb ölkəsinin xarici işlər nazirləri ilə telefon danışığında İranla müharibənin ehtimal ki, daha bir neçə həftə davam edəcəyini bildirib.


ArazNews-un məlumatına görə, bu Amerika mediası məlumatlı mənbələrə istinadla yazır ki, Rubio hazırda hərbi əməliyyatların əsas məqsədinin İranın raket buraxılış platformalarını, raket ehtiyatlarını və raket istehsalı zavodlarını məhv etmək olduğunu izah edib. O həmçinin deyib ki, ABŞ-ın rəsmi məqsədi “İranda hakimiyyət dəyişikliyi” deyil, lakin Vaşinqton ölkənin idarəçiliyinin başqa şəxslərin əlinə keçməsini istəyir.


Rubio əlavə edib ki, hazırda ABŞ ilə İran hakimiyyəti arasında heç bir danışıqlar aparılmır və bu mərhələdə mümkün danışıqlar davam edən hərbi əməliyyatların məqsədlərini zəiflədə bilər.