Hizbullahın raket hücumu nəticəsində İsrailin 8 əsgəri yaralandı

6 saat əvvəl 1 dəq oxu
 Hizbullahın raket hücumu nəticəsində İsrailin 8 əsgəri yaralandı


İsrail ordusu bildirib ki, Hizbullahın İsrailin şimalında yerləşən hərbi mövqeyə raket hücumu nəticəsində 8 əsgər yaralanıb və onlardan 5-nin vəziyyəti ağırdır.


ArazNews-un “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, raket Livan sərhədi yaxınlığında yerləşən hərbi bazaya düşüb. Yaralananların hamısı “Givati” briqadasına məxsus hərbçilərdir və hücumdan sonra müalicə üçün xəstəxanaya aparılıblar. İsrail ordusunun açıqlamasına görə, 5 hərbçi ağır, 3 nəfər isə yüngül yaralanıb.


İsrailin maliyyə naziri Bezalel Smotriçin ofisi də bildirib ki, nazirin oğlu da bu hücum zamanı yaralananlar arasındadır və o, yüngül xəsarət alıb.