Urmiya və Təbrizdə İran rejiminə bağlı mövqelər yenidən hədəfə alındı

10 saat əvvəl 1 dəq oxu
Urmiya və Təbrizdə İran rejiminə bağlı mövqelər yenidən hədəfə alındı


ArazNews-un məlumatına görə, Urmiya və Təbriz şəhərlərində İran İslam Respublikasına bağlı bəzi mövqelərə qarşı yeni hücumlar həyata keçirilib.


Məlumatlara əsasən, Urmiya şəhərində Behdari küçəsi ətrafında güclü partlayış səsi eşidilib. Hadisə ilə bağlı məlumatlar yerli sakinlər tərəfindən bildirilib.


Yerli mənbələr partlayışın gücünün o qədər böyük olduğunu deyir ki, səs şəhərin ətraf məhəllələrində də eşidilib.


Bu xəbərin yayımlandığı ana qədər partlayışın dəqiq baş verdiyi yer və mümkün zərərlər barədə əlavə məlumat açıqlanmayıb.