Mark Tissen: Tramp prezidentlik müddəti bitməmiş azad İrana səfər edəcək
6 saat əvvəl
•
1 dəq oxu
ABŞ prezidenti öz sosial şəbəkə hesabında paylaşım edərək növbəti dəfə dolayısı ilə İranın gələcəyinə işarə edib.
"Araz News"un məlumatına görə, ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində "Fox News" telekanalının aparıcısı Mark Tissenin fikirlərini yenidən paylaşıb (repost edib).
Tissen həmin açıqlamasında Trampın prezidentlik müddəti başa çatmamış "azad İran", "azad Kuba" və "azad Venesuela" adlandırılan ölkələrə səfər edəcəyini proqnozlaşdırıb.
Bu dolayı işarə, İranla bağlı hadisələrin davam etdiyi və bu ölkə ətrafındakı siyasi-təhlükəsizlik mühitinin gərgin olduğu bir şəraitdə səsləndirilib.