İranın Məhkəmə Sisteminin rəhbəri: Heç bir güzəşt olmayacaq; etirazlarla bağlı məhkəmə araşdırmaları yeni başlayıb

8 saat əvvəl 1 dəq oxu
İranın Məhkəmə Sisteminin rəhbəri: Heç bir güzəşt olmayacaq; etirazlarla bağlı məhkəmə araşdırmaları yeni başlayıb


İran İslam Respublikasının Məhkəmə Sisteminin rəhbəri son etirazlarda saxlanılanlara qarşı məhkəmə tədbirlərinin sərtləşdiriləcəyini elan edib və bildirib ki, heç bir güzəşt olmayacaq.

"Araz News"un yarı-rəsmi "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə; Möhsün Ejei bazar ertəsi Məhkəmə Sisteminin Ali Şurasının üzvləri ilə keçirilən iclasda "məhkəmə sisteminin son hadisələrlə bağlı əsas işinin yeni başladığını" bəyan edib. O vurğulayıb ki, etirazlarla bağlı işlərin yekunlaşdırılmasında heç bir gecikməyə və ya ləngiməyə yol verilməməlidir.

"Artıq hər şey aydındır (höccət tamamlanıb)" deyən Ejei, saxlanılanların, xüsusən də "əsas ünsürlər" adlandırdığı şəxslərin sürətlə mühakimə olunmasının və cəzalandırılmasının çəkindirici təsirə malik olduğunu bildirib. Ejei həmçinin bu işlərə sürətli baxılması üçün ölkə boyu seçilmiş hakimlərdən ibarət xüsusi şöbələrin yaradıldığını xəbər verib və saxlanılan etirazçılara qarşı heç bir güzəştin tətbiq edilməyəcəyini qətiyyətlə qeyd edib.