bazar, 29 noyabr 2026
Bölgə

İran aviaşirkətlərinə yerüstü xidmət göstərən türk "Fogo" şirkəti: ABŞ sanksiyalarından sonra fəaliyyətimizi dayandırırıq

İran aviaşirkətlərinə yerüstü xidmət göstərən türk "Fogo" şirkəti: ABŞ sanksiyalarından sonra fəaliyyətimizi dayandırırıq

İranın bir sıra yerli media qurumlarının məlumatına görə, İran aviaşirkətlərinin Türkiyəyə uçuşlarının davam etdirilməsi qeyri-müəyyən vəziyyətə düşüb. Bu aviaşirkətlərə yerüstü xidmət göstərən türk "Fogo" şirkəti ABŞ-ın sanksiya siyahısına salındıqdan sonra noyabrın 30-dan, bazar ertəsindən etibarən fəaliyyətini dayandırır.

"Fogo" yaydığı bəyanatda Türkiyənin Ticarət Qanununa və müvafiq qaydalara uyğun fəaliyyət göstərdiyini, bütün aviasiya tələblərinə əməl etdiyini, lakin hazırkı şəraitdə fəaliyyətini davam etdirməyin mümkün olmadığını vurğulayıb. Şirkət sanksiyaları "ədalətsiz və qanunsuz" adlandırıb və yeddi ildir ki, qanuni lisenziya əsasında Türkiyənin müxtəlif vilayətlərində yerüstü xidmət göstərdiyini xatırladıb.

Həmin bəyanata əsasən, "Fogo" əməkdaşlarının bütün haqları tam şəkildə ödəniləcək, onlara yeni iş yeri tapmaq üçün bu sahədə fəaliyyət göstərən digər şirkətlərlə məsləhətləşmələr davam edir.

Bu xəbəri paylaşın