SEPAH-ın Dəniz Qüvvələri Qənəm adasının şimalında və Hörmüz boğazının şərqində iki supertankerin dəniz minalarına toxunması nəticəsində partladığını və hərəkətsiz qaldığını açıqlayıb. SEPAH-ın sözlərinə görə, bu tankerlər elan olunmuş təlimatlara əməl etmədən İslam Respublikasının hərəkəti icazəsiz saydığı marşrutlarla keçirdi.
İran mediasının xəbərinə görə, SEPAH-ın Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidməti yaydığı bəyanatda Hörmüz boğazının tamamilə bu qüvvələrin nəzarəti altında olduğunu bildirib. Bəyanatda gəmi sahibləri və gəmiçilik şirkətləri müəyyən edilməmiş marşrutlarla keçidin ağır zərərə səbəb ola biləcəyi barədə xəbərdar ediliblər. SEPAH həmçinin ABŞ ordusunun Mərkəzi Komandanlığı olan CENTCOM-un komandirlərini gəmiləri bu marşrutlarla keçməyə təşviq etməkdə ittiham edib.
Bu iddia son günlər Hörmüz boğazında tankerlərə hücumlar və gəmiçilikdə yaranan pozuntularla bağlı çoxsaylı məlumatların yayıldığı bir vaxtda səsləndirilir.