Nişapurun səhiyyə rəsmiləri zəhərli spirtli içki istehlakı nəticəsində zəhərlənənlərin sayının 72 nəfərə çatdığını bildiriblər. Hələlik bu zəhərlənmə nəticəsində dörd nəfər həyatını itirib, onlarla digər şəxs isə tibb müəssisələrində müalicə alır.
"Xəbəronlayn" saytının məlumatına görə, Nişapur Tibb Elmləri Universitetinin müalicə işləri üzrə prorektoru Milad Təqdisi bazar günü, azər ayının 1-də zəhərlənənlərdən 67-nin kişi, beşinin isə qadın olduğunu açıqlayıb. Onun sözlərinə görə, dörd kişi "22 Bəhmən" və "Peyğəmbəri-Əzəm" xəstəxanalarında həyatını itirib, 49 xəstə dializ müalicəsi alır, səkkiz nəfər isə müalicəsini davam etdirmək üçün Məşhədə aparılıb.
Eyni zamanda Nişapur polisinin rəisi Müctəba Mövhibəti zəhərli spirtli içkilərin hazırlanması və yayılması ilə bağlı 12 nəfərin saxlanıldığını bildirib. Onun sözlərinə görə, səkkiz şübhəli ilkin əməliyyat zamanı saxlanılıb, daha dörd nəfər, yəni üç kişi və bir qadın isə yayım şəbəkəsinin gizləndiyi yer aşkarlandıqdan sonra həbs olunub. Bu işlə əlaqəli digər şəxsləri müəyyənləşdirmək üçün araşdırmalar davam edir.