Yeni araşdırmanın nəticələri göstərir ki, 2023 və 2024-cü illərdə dünyada müşahidə olunan nadir istilər şirin su ehtiyatlarının və çayların axımının görünməmiş dərəcədə azalmasına səbəb olub.
"Courthouse News"un məlumatına görə, "Science" elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərir ki, dünya çaylarının axımı son 30 ilin orta göstəricisi ilə müqayisədə 5,7 faiz, göllərdə və su anbarlarında su ehtiyatları isə 9,5 faiz azalıb.
Ən çox zərəri Cənubi Amerika görüb: bu qitədə çayların axımı 17,8 faiz, su ehtiyatları isə 16,5 faiz azalıb.