İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Küveytin hərbi obyektlərinə edilən ölümcül dron hücumunu «şübhəli» adlandırıb. O, bu hadisənin müharibə üçün əvvəlcədən hazırlanmış ssenariyə bənzədiyini iddia edib. Araqçi italiyalı və küveytli həmkarları ilə telefon danışığında iki İtaliya vətəndaşının ölümü ilə bağlı başsağlığı verib.
İslam Respublikasının xarici işlər nazirinin sözlərinə görə, Tehran hadisənin səbəbinin aydınlaşdırılması üçün Küveyt və İtaliya ilə əməkdaşlığa hazırdır.
İtaliya və Küveyt rəsmiləri bu hücumda İslam Respublikasını günahlandırıblar. İtaliyanın xarici işlər naziri Antonio Tayani daha əvvəl İrandan buraxılan dronların Küveytin hərbi obyektlərini hədəfə aldığını bildirmişdi. Hər iki qurban İtaliyanın «Rheinmetall Italia» şirkətinin texniki mütəxəssisləri olub.