İraqın rəsmi xəbər agentliyinin məlumatına görə, ölkənin sərhəd qüvvələri noyabrın 26-da, cümə axşamı Hələbcə vilayətindəki «Sərtək-Puştə» keçid məntəqəsini bağlayıb. Bu keçid məntəqəsi İran tərəfində Kirmanşah ostanındakı Şeyx Saleh sərhəd bazarına çıxır.
Yerli mənbə İraq xəbər agentliyinə bildirib ki, keçid məntəqəsinin bağlanması barədə göstəriş Bağdaddan verilib. Mənbə Sərtəkin nə vaxt yenidən açılacağını açıqlamayıb və yaxın günlərdə Şuşmi keçid məntəqəsinin də bağlana biləcəyini qeyd edib.
İraq Sərhəd Qüvvələrinin komandanı Məhəmməd Əbdülvəhhab əs-Səidi deyib ki, onun qüvvələri baş nazir Əli əz-Zeydinin qonşu ölkələrlə sərhəddəki qeyri-rəsmi keçid məntəqələrinin bağlanması barədə göstərişini icra etməyə başlayıb.
Əz-Zeydi bu göstərişi İraqın Şimal Neft Dövlət Şirkətində neft qaçaqmalçılığı ilə bağlı istintaq komissiyasının hesabatını nəzərdən keçirdikdən sonra verib.