İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi İslam Respublikasının dəniz qüvvələrinin Bəsrə körfəzi və Hörmüz boğazı ilə yanaşı, onlardan 500 kilometrdən də uzaqdakı dəniz ərazilərini nəzarətdə saxladığını iddia edib.
İran dövlət mediasının məlumatına görə, Vahidi SEPAH-ın hərbi gücünə istinad edərək, İslam Respublikasının raket və dəniz qüdrəti səbəbindən «düşmən» hərbi gəmilərinin 500-600 kilometrlik məsafəyə yaxınlaşmağa cəsarət etmədiyini iddia edib.
O, həmçinin SEPAH-ın dəniz qüvvələrinin açıq dənizlərdə geniş əraziləri nəzarətdə saxlamağa qadir olduğunu iddia edib.