çərşənbə, 18 noyabr 2026
Bölgə

Middle East Eye: CENTCOM komandanı onlarla hərbi məsləhətçi ilə Səudiyyə Ərəbistanına gedir

Middle East Eye: CENTCOM komandanı onlarla hərbi məsləhətçi ilə Səudiyyə Ərəbistanına gedir

CENTCOM-un komandanı admiral Bred Kuper yaxın günlərdə onlarla amerikalı hərbi məsləhətçi və ekspertlə birlikdə Səudiyyə Ərəbistanına səfər edəcək. Middle East Eye nəşrinin məlumatına görə, səfərin məqsədi Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemini qiymətləndirmək və onun gücləndirilməsi yollarını araşdırmaqdır.

Bir neçə Qərb rəsmisi nəşrə bildirib ki, ABŞ Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 36-dan çox hərbi məsləhətçi göndərir. Onların bir qismi artıq bu ölkəyə gəlib.

Səudiyyə Ərəbistanı husi silahlı qruplaşmasının hava limanlarına, enerji obyektlərinə və həyati əhəmiyyət daşıyan infrastrukturuna qarşı artan raket və PUA hücumları ilə üz-üzədir. Bu səfər ABŞ ilə İslam Respublikası arasında qarşıdurma və regionda hərbi gərginliyin artması ilə eyni vaxta təsadüf edir. Husilərin Yəməndə irəliləməsi də Ər-Riyadın təhlükəsizliklə bağlı narahatlığını artırıb.

Bu xəbəri paylaşın